BAEA ABŞ-İran razılaşmalarının yoxlanılmasında vasitəçi kimi çıxış etməyə hazırdır

2025/08/1756265138.jpg
Oxunub: 264     08:24     14 İyun 2026    
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ və İran arasında nüvə enerjisi ilə bağlı potensial razılaşmalara riayət olunmasının yoxlanılmasında vasitəçi olmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi deyib.

"Agentlik üçün ən vacib məsələ yoxlamadır və bizim iştirakımız mütləq təmin edilməli olan çox mühüm bir formallıqdır", - deyə R. Qrossi Vyanada dünya mediasının nümayəndələri ilə görüşdə bildirib.

"Onlar razılığa gəldikdən və yoxlama prosesini üzərimizə götürməyimizi xahiş etdikdən sonra mən [BAEA İdarəçilər Şurasına] müraciət etməli və bunu həyata keçirmək üçün onların icazəsini almalı olacağam", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAEA   ABŞ  


Bizi "telegram"da izləyin