ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb

2026/06/1781412536.jpg
Oxunub: 307     05:25     14 İyun 2026    
ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə Fox News kanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunub ki, pilot katapult edib və xəstəxanaya aparılıb. Qəzanın səbəbi açıqlanmayıb.

Qəza nəticəsində meşə yanğını başlayıb.

Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin