Ordu.az xəbər verir ki, təbrik məktubunda Pakistan hökuməti və xalqı adından Paşinyana səmimi təbriklər çatdırılıb.
Şahbaz Şərif bildirib ki, Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Paşinyanla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.
Pakistanın Baş naziri həmçinin vurğulayıb ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük önəm verir.
Məktubda yeni hökumət dövrünün Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verəcəyinə ümid ifadə olunub.
Alpər Mövludoğlu
Ordu.az