Yunanıstanın Baş naziri Paşinyanı təbrik edib

2026/06/1780942202.jpg
Oxunub: 197     22:09     08 İyun 2026    
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Yunanıstan iki dost ölkə arasında ortaq dəyərlərə əsaslanan sıx əməkdaşlığın gücləndirilməsinə və Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstək verməyə ümid edir”, - deyə Yunanıstanın Baş naziri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ermənistan  


Bizi "telegram"da izləyin