İran Təhlükəsizlik Şurasının katibi ABŞ və İsrailə xəbərdarlıq edib

2026/06/1780942101.jpg
Oxunub: 226     22:05     08 İyun 2026    
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqir Zülqədr ABŞ və İsrailin yeni hücumlar həyata keçirəcəyi təqdirdə regionun onlar üçün “cəhənnəmə çevriləcəyini” bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Zülqədr bu açıqlamanı İranın İsrail istiqamətində raket zərbələrini dayandırmasından sonra sosial şəbəkədə etdiyi paylaşımda verib.

“Əgər “sionist”-amerikan koalisiyası bir daha səhvə yol versə, region onlar üçün cəhənnəmə çevriləcək”, - deyə o bildirib.

Zülqədr hazırkı qarşıdurmanın tarixi əhəmiyyətini də vurğulayıb.

“1979-cu il İslam İnqilabından keçən 47 il və təcavüzün başlanmasından sonrakı 100 günlük müqavimət dövrü döyüş meydanlarından şəhər meydanlarına, oradan isə siyasət və diplomatiya müstəvisinə qədər təhlükəsizlik sahəsində qlobal nizamı dəyişdirib”, - deyə İran rəsmisi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin