“İrəvan Rusiyanın pomidor idxalına qoyduğu məhdudiyyətlərə reaksiya verməyib” - Peskov

2026/05/1780043387.jpg
Oxunub: 285     12:26     29 May 2026    
“Ermənistandan Rusiyaya pomidor idxalının məhdudlaşdırılması barədə Moskvanın qərarına İrəvan hələlik heç bir reaksiya verməyib”.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin Ermənistan tərəfinin Rusiyanın pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı hər hansı cavab verib-vermədiyi barədə sualını cavablandıran Peskov qısa şəkildə “Xeyr, olmayıb” deyə bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya müəyyən Ermənistan kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorların ölkəyə idxalına məhdudiyyətlər tətbiq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin