Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, fəaliyyət müddəti başa çatan parlamentin növbəti iclasında iştirak etməli olan 107 deputatdan cəmi üç nəfər qeydiyyatdan keçib.
Qanunvericiliyə əsasən, erməni deputatların toplanaraq kvorumu təmin etməsi üçün dörd saat vaxt ayrılıb. Bildirilir ki, parlament üzvlərinin əksəriyyəti hazırda seçkiqabağı təşviqat kampaniyasında iştirak etdiyindən iclasa qatılmayıb.
Qeyd edək ki, Ermənistan parlamentinin cari dördgünlük iclaslarının gündəliyinə ümumilikdə 35 məsələ daxil edilib.
Alpər Mövludoğlu
Ordu.az