Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyası artıq bir neçə gündür tam səfərbərlik vəziyyətinə gətirilib.
Bildirilir ki, bütün vilayət rəhbərlərinə tabeliklərində fəaliyyət göstərən qurumların əməkdaşlarını tam heyətlə avtobuslara dolduraraq İrəvana gətirmək tapşırığı verilib.
“Əks mövqe nümayiş etdirən şəxslərin işlərini itirə biləcəkləri ilə hədələnməsi göstərişi də verilib. Eyni üsullar paytaxtda da tətbiq ediləcək. Bölgə və icma qərargahlarının rəhbərləri də geniş nümayəndə heyətləri ilə Respublika meydanında keçirilməsi planlaşdırılan mitinqdə iştirak etməlidirlər.
Hakim partiya 2018-ci ildəki izdihamlı mitinqlərin görüntüsünü təkrarlamağa çalışır. Məqsəd insanların sıx toplandığı kadrlar əldə etmək və seçkilərə iki gün qalmış həm müxalifəti, həm də onların tərəfdarlarını psixoloji baxımdan sarsıtmaqdır.”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az