Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər bir gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə idarəsinin əməkdaşları tərəfindən tutulublar. Onlara adam oğurluğu və digər ağır cinayətlər üzrə ittihamlar irəli sürülüb.
Mənbənin sözlərinə görə, əməliyyat Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsi və Rusiya Milli Qvardiyasının dəstəyi ilə həyata keçirilib.
Şübhəlilər Rusiya Cinayət Məcəlləsinin adam oğurluğu, oğurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və daşınması, həmçinin silahların və partlayıcı maddələrin talanması ilə bağlı maddələri üzrə ittiham olunurlar.
İstintaqın versiyasına görə, saxlanılan şəxslər hazırda istintaq təcridxanasında saxlanılan və qruplaşmanın rəhbəri hesab edilən Artak Varosyan və onun yaxın tərəfdarları ilə əlaqəlidirlər.
TASS daha əvvəl xəbər vermişdi ki, qruplaşmanın fəaliyyəti 2025-ci ilin payızında ifşa olunub. Keçirilən axtarışlar zamanı pul vəsaitləri, lüks əşyalar və travmatik tapançalar aşkar edilərək götürülüb.
Artak Varosyan 2025-ci il noyabrın 28-də xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə işi üzrə həbs olunub.
Sevinc Əliyeva
Ordu.az