KXDR nüvəsizləşdirmə ehtimalını istisna edib

2024/11/1732603588.jpg
Oxunub: 378     07:29     28 May 2026    
KXDR nüvə silahlarından imtina etmək niyyətində deyil və nüvəsizləşdirmə ehtimalını da istisna edir.

Ordu.az-ın Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, bu barədə KXDR-in Xarici İşlər Nazirliyi bildirib.

"Bir daha aydındır ki, Koreya Xalq Demokratik Respublikasının "nüvəsizləşdirilməsi" heç vaxt baş verməyəcək", - bəyanatda deyilir.

Pxenyan bu cür tələblərin ölkənin daxili işlərinə təzyiq və müdaxilə kimi qəbul edildiyini vurğulayıb.

Nazirlik bildirib ki, KXDR suveren hüquqlarını və təhlükəsizlik maraqlarının müdafiəsinə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Silah  


Bizi "telegram"da izləyin