Ordu.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın xarici kəşfiyyat rəhbərlərindən biri olan GCHQ-nun direktoru Enn Kist-Butler nadir ictimai çıxışında ölkənin düşmən dövlətlərin getdikcə daha aqressiv davranışı ilə üz-üzə qaldığını bildirəcək.
Onun çıxış tezislərində vurğulanır ki, Çin bu gün kəşfiyyat, kibertəhlükəsizlik və hərbi sahələrdə qabaqcıl imkanlara malik elmi-texnoloji supergücə çevrilib.
Kist-Butler qeyd edəcək ki, süni zəkanın sürətli inkişafı fonunda vəziyyət sürətlə dəyişir və yeni texnologiyalar Böyük Britaniya və müttəfiqlərinin lider mövqelərini qoruması üçün imkan pəncərəsini getdikcə daha da daraldır.
Sevinc Əliyeva
Ordu.az