Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Topçubaşovun məzarını ziyarət ediblər

2026/05/1779867513.jpg
Oxunub: 424     11:11     27 May 2026    
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X" hesabında paylaşım edib.

"Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!", - deyə o qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fransa  


Bizi "telegram"da izləyin