Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu Seul ilə Tehran arasında aparılan məsləhətləşmələr nəticəsində mümkün olub.
“Bizim tankerimiz Hörmüz boğazından keçib və hərəkətini davam etdirir”, - deyə Seuldan bildirilib.
Əlavə olunub ki, gəmi artıq “təhlükəli sulardan” çıxıb.
Xatırladaq ki, mayın 4-də Panama bayrağı altında üzən və Koreya şirkəti tərəfindən idarə olunan “Namu” gəmisində Hörmüz boğazında partlayış və yanğın baş vermişdi.
Göyərtədə olan 24 nəfərlik heyət arasında zərərçəkən olmayıb. Yük gəmisi Birləşmiş Ərəb Əmirliklərinin limanına aparılıb və burada Cənubi Koreyanın 7 ekspertdən ibarət idarələrarası qrupu hadisə ilə bağlı araşdırma aparıb.
ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, guya “Namu” gəmisinə İran tərəfi zərbə endirib və Seulu Hörmüz boğazında ticarət gəmilərinin müşayiəti üçün yaradılmış “Azadlıq” layihəsinin missiyasına qoşulmağa çağırmışdı.
Seulda yerləşən İran səfirliyi isə öz növbəsində İran İslam Respublikasının silahlı qüvvələrinin həmin insidentlə heç bir əlaqəsinin olmadığını vurğulamışdı.
Sevinc Əliyeva
Ordu.az