Ordu.az xəbər verir ki, bu barədə mayın 20-də İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Daha bir PR donanması missiyası sona yaxınlaşdı. Bütün 430 fəal İsrail gəmilərinə köçürülüb və İsrailə doğru yola düşüb, orada konsulluq nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər”, - deyə qurumun “X” sosial şəbəkəsində dərc olunan bəyanatında bildirilib.
Nazirliyin mövqeyinə görə, donanmanın Qəzzaya humanitar yardım çatdırmaq cəhdi “yalnız PR addımı” idi və Fələstinin HƏMAS qruplaşmasının maraqlarına xidmət edirdi.
Sevinc Əliyeva
Ordu.az