İsrail parlamenti ilkin oxunuşda özünüburaxma haqqında qanunu təsdiqləyib

2026/05/1779278542.jpg
Oxunub: 325     15:53     20 May 2026    
Knessetin (İsrail parlamenti) erkən özünüburaxma haqqında qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

Ordu.az xəbər verir ki, deputatların adbaad səsverməsinin canlı yayımını parlamentin mətbuat xidməti həyata keçirib.

“Seçkilərdə iştirak edən 110 Knesset deputatı lehinə səs verib, əleyhinə çıxan və etiraz edən olmayıb. Knessetin 25-ci çağırışının buraxılması haqqında qanun layihəsinin ilkin oxunuşda qəbul edildiyini elan edirəm”, - deyə səsvermənin nəticələrini birpalatalı parlamentin sədri Amir Ohana yekunlaşdırıb.

Qanunun qüvvəyə minməsi (bu, növbədənkənar seçkilərə səbəb olacaq) və yekun şəkildə qəbul edilməsi üçün layihə əvvəlcə parlament komitələrində razılaşdırılmalı, sonra isə daha üç oxunuşda təsdiqlənməlidir. Bu, Knessetin plenar iclasları zamanı baş verməlidir.

İsrail qanunvericiliyinə əsasən, ölkədə növbəti parlament seçkiləri gecikmədən 2026-cı il oktyabrın 27-dən sonra keçirilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Parlament  


Bizi "telegram"da izləyin