Ordu.az xəbər verir ki, əməliyyat pilotsuz uçuş aparatlarının mümkün hücumu səbəbindən həyata keçirilib.
Bu barədə mayın 20-də “Delfi Litva” portalı öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, Litva lideri ilə birlikdə Baş nazir İnqa Ruqinyene və Seymin sədri Yozas Olekas da sığınacaqda olublar.
“Ölkə sərhədi yaxınlığında şübhəli pilotsuz uçuş aparatı müşahidə edildikdən sonra respublikanın bəzi bölgələrində hava həyəcanı elan olunub”, - deyə Litva Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində yazıb.
Vilnüs sakinlərinin də sığınacaqlara endiyi bildirilib. Sosial şəbəkələrdə litvalı məktəblilərin iştirakı ilə görüntülər yayılıb. Kadrlarda onların həyəcan siqnalı zamanı məktəb partalarının altında gizləndikləri görünür.
Litvanın paytaxtında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Vilnüs hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Daha sonra hava həyəcanı ləğv edilib.
Sevinc Əliyeva
Ordu.az