“Financial Times”: Merkel və Draqi Rusiya ilə danışıqlarda Aİ nümayəndəsi postuna namizəd kimi nəzərdən keçirilir

2026/05/1779272522.jpg
Oxunub: 334     14:17     20 May 2026    
Avropa İttifaqında Ukrayna məsələsi üzrə Rusiya ilə mümkün danışıqlarda Aİ nümayəndəsi vəzifəsi üçün Almaniyanın keçmiş kansleri Angela Merkel və İtaliyanın keçmiş Baş naziri Mario Draqinin namizədlikləri müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Aİ üzvü ölkələrin xarici işlər nazirləri mümkün namizədləri gələn həftə Kiprdə keçiriləcək görüş zamanı müzakirə edəcəklər.

Bəzi ölkələrin həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb və Finlandiyanın keçmiş Prezidenti Sauli Niinistö-nün namizədliklərini irəli sürdüyü qeyd olunub.

Hazırda təşəbbüslə bağlı müzakirələrin müxtəlif səviyyələrdə davam etdiyi və Aİ liderlərinin məsələni iyunda keçiriləcək sammitdə də gündəmə gətirə biləcəyi istisna edilməyib.

Avropalı yüksəkvəzifəli məmurlardan birinin sözlərinə görə, Aİ Rusiyadan dərhal atəşkəsə nail olmaq və cəbhə xəttinin hazırkı vəziyyətdə dondurulmasını istəyir.

Qəzet xatırladıb ki, daha əvvəl həm ABŞ, həm də Ukrayna Ukrayna nizamlanması məsələsi üzrə Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrin başlanması ilə bağlı Aİ ideyasını dəstəkləmişdi.

Avropa İttifaqı 2022-ci ildə başlayan Ukrayna müharibəsindən sonra Moskva ilə bütün kommunikasiya kanallarını bağlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merkel   Draqi   Rusiya    


Bizi "telegram"da izləyin