Ordu.az xəbər verir ki, o, bu barədə Rusiya-Çin danışıqları zamanı danışıb.
“Yaxın Şərq və Fars körfəzi regionunda vəziyyət müharibə ilə sülh arasında keçid xarakterli kritik nöqtəyə gəlib çatıb. Belə bir vəziyyətdə danışıqlar yoluna sadiq qalmaq xüsusilə vacibdir”, - deyə Si Cinpin bildirib.
Çin liderinin sözlərinə görə, hərbi əməliyyatların dayandırılması gündəmdə duran təxirəsalınmaz məsələdir, münaqişənin yenidən alovlanması isə yolverilməzdir.
Bundan başqa, Si Cinpin qeyd edib ki, Yaxın Şərqdə münaqişənin tezliklə dayandırılması enerji daşıyıcılarının sabit tədarükü, istehsal və logistika zəncirlərinin normal fəaliyyəti, eləcə də beynəlxalq ticarət üçün mövcud risklərin azalmasına kömək edəcək.
Çin lideri bildirib ki, dünya bu gün “cəngəllik qanunlarına” qayıtmaq təhlükəsi ilə üz-üzədir və bu da Çinlə Rusiya arasında mehriban qonşuluq haqqında müqavilənin əhəmiyyətini daha da artırır.
O vurğulayıb ki, mövcud şəraitdə Çin-Rusiya mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin qabaqcıl xarakteri, elmi əsaslandırılması və praktiki əhəmiyyəti daha aydın görünür.
Sevinc Əliyeva
Ordu.az