Rusiyada sosial-iqtisadi gərginlik artır: Kommunistlər müharibənin dayandırılmasını istəyir

2026/05/1779260230.jpg
Oxunub: 736     10:56     20 May 2026    
Rusiya Dövlət Dumasının kommunist deputatı Renat Suleymanov bəyan edib ki, “xüsusi hərbi əməliyyat” ölkə iqtisadiyyatı üçün təhlükə yaradır, buna görə də dayandırılmalıdır.

Suleymanov bildirib ki, Rusiya dövlət büdcəsinin təxminən 40 faizi müdafiə və təhlükəsizlik sahələrinə ayrılır ki, bu da inflyasiyaya, sosial və investisiya xərclərinin azalmasına səbəb olur. Deputat vurğulayıb ki, hərbiləşdirilmiş iqtisadiyyat istehlak dəyəri yaratmır və uzunmüddətli müharibə “daşınmaz yükə çevrilir”.

Kommunist deputat Suleymanov, həmçinin müharibə başa çatdıqdan sonra xərclərin mümkün azaldılması ilə bağlı problemlər barədə xəbərdarlıq edib. “Müdafiə sahəsində və orduda çalışan milyonlarla insan iş və sosial müdafiə tələb edəcək”, - deyə o, postmünaqişə dövrünün çətinlikləri ilə bağlı proqnoz verib və əlavə edib ki, “yeni torpaqlarda bərpa proqramları üçün” də böyük vəsait tələb olunacaq.

Bundan əvvəl Dövlət Dumasına seçkilərdə kommunistlərin və hakim partiyanın irəli sürdüyü “müharibə qəhrəmanı” namizədlər arasında rəqabət məsələsinə toxunulmuşdu. Görünür, Rusiya Kommunist Partiyası majoritar sistem üzrə təxminən iki onlarla seçki dairəsi üzrə “kvota”nı hərbçilərə güzəştə getmək niyyətində deyil. Buna görə də müharibənin dayandırılması zərurəti aktuallaşdırılır.

İstisna deyil ki, Vladimir Putin də ölkənin sosial-iqtisadi vəziyyətindən narahatdır və hətta Ukraynaya qarşı müharibənin dayandırılması imkanını nəzərdən keçirir. Lakin o, bu addımı atmaq üçün kommunistlər vasitəsilə ictimai tələb mühiti formalaşdırır.

Postsovet ölkələrinin əksəriyyətindən fərqli olaraq, Rusiyada Kommunist Partiyası ciddi təsir gücünə malikdir və milyonlarla tərəfdarı birləşdirir. Ölkənin sosial-iqtisadi problemləri son dərəcə açıq görünür və heç bir təbliğat reallığı bəzəyə bilmir. Kommunist Partiyasının lideri Zqqanov xəbərdarlıq edib ki, 1917-ci il təkrarlana bilər.

Məlum olduğu kimi, bolşeviklər “imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək” şüarı ilə hərəkət edirdilər. Renat Suleymanov Ukraynaya qarşı müharibənin dayandırılmasından danışıb. Böyük ehtimalla, Rusiya kommunistləri Dövlət Dumasına keçiriləcək “qaynar seçkilər”ə hazırlaşırlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kommunistlər   Müharibə  


Bizi "telegram"da izləyin