Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri: "Niderlandda anlamalıdırlar ki, Boneyra onlara aid deyil"

2026/05/Ekran-1779259466.jpg
Oxunub: 251     10:38     20 May 2026    
Boneyra boneyralılara məxsusdur, o, Niderlanda aid deyil.

Ordu.az-ın məlumatına görə, bunu Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Bayron-Kox Riçard Entoni Beresford Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

"Niderland parlamenti qəbul etməli idi ki, bu insanlar bu dövləti istəmirlər və onların nə istədiklərini müəyyən etmək hüququ var".

Hökumət başçısının müşaviri Boneyranın Karib dənizində bir ada olduğunu, əvvəl İspaniya, 1633-cü ildən Niderland müstəmləkəsində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sent-Vinsent   Qrenad   Niderland  


Bizi "telegram"da izləyin