Əraqçi: “Müharibənin yenidən başlaması ABŞ-nin qarşısına çoxlu “sürprizlər” çıxaracaq”

2026/05/1779257316.jpg
Oxunub: 439     10:05     20 May 2026    
Tehran Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaması halında Vaşinqtona yeni “sürprizlər” təqdim edə biləcək.

Ordu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Çıxarılan nəticələri və əldə edilən bilikləri nəzərə alaraq, müharibəyə qayıdış hələ çoxlu sürprizlər gətirəcək”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Əraqçi qeyd edib ki, İranla müharibənin başlamasından bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirilməsi faktını qəbul edib.

Onun sözlərinə görə, İran silahlı qüvvələri geniş şəkildə reklam edilən F-35 “Lightning II” qırıcısını ilk dəfə məhv edən tərəf olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   ABŞ   İran  


Bizi "telegram"da izləyin