Ordu.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyinin yaydığı nazirlik bəyanatında bildirilib.
Məlumata görə, həmin hücumdan sonra İsrail tərəfindən hədəf alınan tibbi obyektlərin sayı 31-ə çatıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, bu cür təkrarlanan hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Bildirilib ki, beynəlxalq hüquq tibb işçilərinin, tibbi və sanitar müəssisələrin, həmçinin səhiyyə mərkəzlərinin qorunmasını nəzərdə tutur, lakin İsrail tibbi sektoru, onun əməkdaşlarını və obyektlərini beynəlxalq norma və qanunlara məhəl qoymadan hədəfə almaqda davam edir.
Qeyd olunub ki, martın 2-dən etibarən İsrail ölkənin tibbi xidmətlərinə dəfələrlə zərbələr endirib.
Nəticədə çoxlu sayda livanlı tibb işçisi və təcili yardım əməkdaşı həlak olub.
Sevinc Əliyeva
Ordu.az