Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail rəhbərliyi hesab edir ki, mayın 18-də Trampın əməliyyata fasilə verildiyi barədə açıq bəyanatı Vaşinqtonun manevr imkanlarını məhdudlaşdıra bilərdi. Mənbələr bildirir ki, Tehran danışıqlarla bağlı ciddi şəkildə daha sərfəli təklif irəli sürməzsə, İsraildə bunu az ehtimal olunan variant hesab edirlər, Ağ Ev isə hərbi ssenarinin qaçılmaz olduğu qənaətinə gələ bilər.
“The Times of Israel” nəşrinin “Channel 12”yə istinadən yazdığına görə, İsrail rəhbərliyinin son addımları mümkün hücuma yüksək hazırlıq vəziyyətindən xəbər verir. Əməliyyat başlanacağı halda, İsrailin öz addımlarını ABŞ ilə sıx koordinasiya edəcəyi ehtimal olunur.
Mayın 18-də baş nazir Benyamin Netanyahunun təhlükəsizlik məsələlərinə dair qapalı müşavirə keçirdiyi, görüşün təxminən beş saat sürdüyü bildirilir. Müşavirədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri komandanı, hərbi kəşfiyyat rəhbəri, ordunun əməliyyat idarəsinin başçısı və təhlükəsizlik qurumlarının digər yüksək vəzifəli nümayəndələri iştirak edib.
Müzakirənin əsas mövzusu İsrailin İran əleyhinə mümkün hərbi ssenariyə hazırlığı olub.
“Channel 12” həmçinin xəbər verir ki, İsrail ordusu qarşıdakı günlərdə İranla bağlı ABŞ-nin mümkün əməliyyatları üçün maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib.
Sevinc Əliyeva
Ordu.az