Ermənistan KİV-i: Mitinqdə iştirak etdiyinə görə vəzifədən azad edilib

2026/05/1779254514.jpg
Oxunub: 385     09:15     20 May 2026    
“Tavus vilayətinin rəisi Hayk Qalumyan 2023-cü il oktyabrın 19-da Artur Melikyanı Ayqedzor orta məktəbinin inzibati-təsərrüfat hissəsinin koordinatoru vəzifəsinə təyin edib və onunla 5 il müddətinə əmək müqaviləsi bağlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Melikyan 2026-cı il mayın 14-də Berd icmasında keçirilən “Güclü Ermənistan” alyansının mitinqində iştirak etdiyinə görə vəzifəsindən azad olunub.

“Artur Melikyandan “Güclü Ermənistan”ın mitinqində iştirak etdiyinə görə işdən çıxarılıb-çıxarılmadığı soruşulduqda, o, bunun doğru olmadığını və daha əvvəl işdən ayrıldığını bildirib. Nə vaxt işdən çıxarıldığı barədə suala isə “çoxdan” cavabını verib, konkret tarix soruşulduqda isə “xatırlamıram” deyib”, - deyə nəşr bildirib.

Qəzet qeyd edir ki, onun danışıq tərzindən qorxduğu və özünü narahat hiss etdiyi təəssüratı yaranıb.

“Daha sonra Ayqedzor orta məktəbinin direktoru Hayk Çağkyana zəng edilib və Artur Melikyanın nə vaxt işdən çıxarıldığı soruşulub. Direktor onun 2026-cı il mayın 14-də işdən azad edildiyini bildirib və əlavə edib ki, inzibati-təsərrüfat hissəsinin koordinatorunu vilayət rəisi təyin edir və vəzifədən azad edir, buna görə də səbəbi özü bilmir.

Tavus vilayətinin rəisi Hayk Qalumyan seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək üçün mayın 8-dən məzuniyyətə çıxıb və onu vilayət rəisinin müavini Narek Quşçyan əvəz edir.

Tavus vilayət bələdiyyəsinin rəsmi internet səhifəsində vilayət rəisi və onu əvəz edən şəxsin qərarları dərc olunur. Məlumata görə, saytda vilayət rəisini əvəz edən N. Quşçyanın yeganə və son qərarı mayın 11-i tarixlidir və A. Melikyanın işdən çıxarılması ilə bağlı qərar yerləşdirilməyib. Bununla yanaşı, rəsmi qərarlar yalnız dərc olunduqdan sonra qüvvəyə minir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin