ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə şəbəkəsi barədə məlumat üçün 15 milyon dollar mükafat elan edib

2026/05/1778086904.jpg
Oxunub: 341     09:13     20 May 2026    
ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə şəbəkəsi barədə məlumat verəcək şəxslərə 15 milyon dollar mükafat təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə proqramın sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.

“Verdiyiniz məlumatlar bu terror təşkilatının maliyyə şəbəkələrinin məhv edilməsinə kömək edə bilər”, - deyə paylaşımda qeyd olunub.

Məlumatda həmçinin bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu fəaliyyətinin maliyyələşdirilməsi üçün müxtəlif maliyyə mexanizmlərindən istifadə edir.

Bunlara kriptovalyuta hesabları, vasitəçilər və saxta şirkətlər daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin