"Azad olunan ərazilərin inkişaf mərkəzinə çevrilməsi istiqamətində səylərə mina təhlükəsi ilə üzləşir" - Ceyhun Bayramov

2026/05/1779186151.jpg
Oxunub: 323     13:50     19 May 2026    
İşğaldan azad olunmuş ərazilərin inkişaf, rifah və bağlantı mərkəzinə çevrilməsi istiqamətində səylər ciddi süni maneələrlə, xüsusilə mina təhlükəsi ilə üzləşir.

Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

C.Bayramov diqqətə çatdırıb ki, minalar yenidənqurma, iqtisadi fəaliyyət, kənd təsərrüfatı inkişafı və insanların təhlükəsiz geri dönüşü üçün ən böyük maneə olaraq qalır:

“Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış sursat mövcuddur.

Münaqişə başa çatdıqdan sonra yüzlərlə mülki şəxs və minatəmizləmə əməkdaşı mina partlayışlarının qurbanı olub.

Bu səbəbdən minatəmizləmə Azərbaycanın əsas milli prioritetlərindən biridir və uzunmüddətli regional sabitliklə bağlantının əsas şərti hesab olunur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Azərbaycan  


Bizi "telegram"da izləyin