Mirzoyan: “Ermənistan və Litva strateji tərəfdaşlıq haqqında saziş imzalayıb”

2026/01/1769614654.jpg
Oxunub: 299     12:52     19 May 2026    
“Ermənistan və Litva strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.”

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda litvalı həmkarı Kestutis Budrislə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Mirzoyan qeyd edib ki, Budrisin səfəri diplomatik münasibətlərin qurulmasının 35 illiyi ilə eyni vaxta təsadüf edib.

“Məhz bu müddət ərzində əvvəlki əməkdaşlıq təcrübəsinə əsaslanaraq qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəltdiyimiz sənədi imzalaya bildik. Ermənistan və Litva bu andan etibarən strateji tərəfdaşdır”, - deyə o bildirib.

Məlumata görə, danışıqlar zamanı tərəflər iqtisadi sahədə, o cümlədən informasiya texnologiyaları, süni zəka və kibertəhlükəsizlik istiqamətlərində əməkdaşlığı müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   Litva  


Bizi "telegram"da izləyin