Ordu.az xəbər verir ki, bu barədə Keniya Nazirlər Kabineti yanında icraçı direktor WUF13 çərçivəsində Afrika ölkələri nazirlərinin görüşü zamanı bildirib.
"Keniya WUF13-ün əsas mövzusu olan "Dünyanın mənzillə təmin edilməsi"ni, eləcə də təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar konsepsiyasını dəstəkləyir", - o qeyd edib.
Keniyalı nümayəndə həmçinin forumun təşkilinə və Afrika nazirləri görüşünün keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib: "Keniya ikinci Afrika Şəhər Forumunun yekunlarının, yəni Nayrobi Bəyannaməsinin həyata keçirilməsinə həsr olunmuş bu mühüm görüşün keçirilməsini yüksək qiymətləndirir".
Onun sözlərinə görə, Nayrobi Bəyannaməsi Afrika qitəsində şəhərlərin dayanıqlı və inklüziv inkişafı siyasətinin praktiki olaraq həyata keçirilməsi üçün əsas olmalıdır: "Bundan əlavə, məqsədi Afrikada bəyanatlardan dayanıqlı şəhər inkişafının praktiki olaraq reallaşdırılmasına keçid etmək olan bu görüşün keçirilməsini dəstəkləyirik".
Keniyalı nümayəndə, iqlim tədbirlərinin gücləndirilməsinin və dayanıqlı şəhər infrastrukturuna investisiyaların genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb:
"Buna görə də biz dayanıqlı şəhər infrastrukturuna, təbiətyönümlü həllərə, dayanıqlı mənzil təminatına, ekoloji baxımdan təmiz nəqliyyat sistemlərinə və təbii fəlakət risklərinin azaldılmasına investisiyaların artırılmasının təcili zərurət olduğunu vurğulayırıq".
Ordu.az