Qubada dini təhlükəsizliyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB

2026/05/Ekran-1779175641.jpg
Oxunub: 551     13:41     19 May 2026    
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 19-da Quba rayonunda "Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar" mövzusunda regional konfrans keçirilib.

Ordu.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransın məqsədi dini ekstremizmin yaranma səbəblərini, onun cəmiyyətə və milli təhlükəsizliyə təsirlərini, müasir dövrdə ortaya çıxan ideoloji və informasiya təhlükələrini, eləcə də gənclərin radikal təsirlərdən qorunması yollarını müzakirə etmək olub.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları Anatoli Rafailov, Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli mövzu ilə bağlı çıxış ediblər.

Tədbir "Sosial media və din" və "Dini ekstremizmi doğuran səbəblər və həll yolları" mövzuları üzrə panel müzakirələrlə davam edib. Konfrans çərçivəsində din xadimləri üçün təlimin təşkili də nəzərdə tutulub.

***

Qubada "Dini təhlükəsizlik müstəvisində xarici təsirlər və profilaktik tədbirlər" mövzusunda regional konfrans təşkil olunub.

Ordu.az-ın məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quba   Konfrans  


Bizi "telegram"da izləyin