Budanov: "Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə hazırlaşmasının əlamətləri yoxdur"

2025/06/1749393132.jpg
Oxunub: 315     15:24     15 May 2026    
Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalı ilə bağlı narahatlıqların heç bir əsası yoxdur.

Ordu.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov "The Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya istənilən anda və istənilən məsafədə nüvə zərbəsi endirmək imkanına malikdir.

Budanov qeyd edib ki, Rusiyanın nüvə potensialı Kremlə belə bir vəzifəni yerinə yetirməyə imkan verir.

"Lakin bu, ilk növbədə, siyasi iradə məsələsidir. Mən nüvə zərbəsinə hazırlığın heç bir əlamətini görməmişəm. Əgər olsaydı, bilərdim", - deyə Prezident Ofisinin rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Budanov   Ukrayna  


Bizi "telegram"da izləyin