Sərdar Kılıç Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət məhdudiyyətlərinin aradan qaldırılmasından danışıb

2026/05/1778670470.jpg
Oxunub: 377     15:03     13 May 2026    
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanla ikitərəfli ticarətə dair məhdudiyyətlərin aradan qaldırılmasını şərh edib.

Ordu.az xəbər verir ki, Sərdar Kılıç “X” sosial şəbəkəsində etdiyi paylaşımda bunun bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində atılmış mühüm addım olduğunu bildirib.

“Prezidentin tapşırığı ilə həyata keçirilən Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində daha bir mühüm addım atılıb. Bunun həm iki ölkənin işgüzar dairələri və xalqları, həm də bütün bölgəmiz üçün faydalı olmasını arzulayıram”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kılıç   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin