Ordu.az xəbər verir ki, Belçika İqtisadi Missiyası çərçivəsində Türkiyəyə səfər edən Kraliça Matildanın rəhbərlik etdiyi nümayəndə heyəti “Baykar”ın Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib.
Səlcuq Bayraktar səfər zamanı nümayəndə heyətinə təqdimat edib. Təqdimatda “Baykar” tərəfindən istehsal olunan pilotsuz uçuş aparatları və kamikadze platformaları barədə məlumat verən Bayraktar bildirib ki, kamikadze həlləri lazım gəldikdə geri qaytarıla bilir və bununla da lazımsız xərclərin qarşısı alınır.
Bayraktar qeyd edib: “Ümid edirəm ki, bunlardan heç vaxt istifadə etməli olmazsınız. Çünki pilotsuz uçuş aparatları müəyyən mənada çəkindirmə vasitəsidir. Hətta ən böyük çəkindirmə vasitələrindən biridir. Əgər kifayət qədər çox istehsal etsəniz, heç kim sizə hücum edə bilməz. Biz belə düşünürük”.
Platformaların texniki xüsusiyyətləri və imkanları barədə nümunələr təqdim edən Səlcuq Bayraktar bildirib: “Bu qədər çox silah və silahlandırma detalları haqqında danışdığım üçün üzr istəyirəm, amma təəssüf ki, dünyanın və gördüyümüz işin acı tərəfi budur”.
Sevinc Əliyeva
Ordu.az