İsveç Yaxın Şərq regionunda gərginlik fonunda 2 milyardlıq dəstək paketi hazırlayır

2026/05/1778050827.jpg
Oxunub: 378     13:23     13 May 2026    
İsveç Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji böhranına cavab olaraq 17,5 milyard İsveç kronu (təxminən 1,8 milyard dollar) məbləğində yeni tədbirlər paketi hazırlayır.

Ordu.az yerli SVT telekanalına istinadən xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Elizabet Svantesson məlumat verib.

Sənədlər paketi enerji daşıyıcılarının bahalaşmasından ən çox zərər çəkmiş kənd təsərrüfatı və aviasiya sektorlarının dəstəklənməsini nəzərdə tutur. O, yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim ediləcək.

Svantessonun sözlərinə görə, hökumət xərcləri borc vəsait cəlb etməklə ödəməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   İsveç  


Bizi "telegram"da izləyin