Peter Pelleqrini iyulda Azərbaycana səfər edəcək

2025/12/prezi-8826033265.jpg
Oxunub: 327     13:21     13 May 2026    
Slovakiya Prezidenti Peter Pelleqrini iyulda Azərbaycana səfər edəcək.

Ordu.az-ın məlumatına görə, bunu Slovakiya parlamentinin spikeri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Raşi qeyd edib ki, Bakıya səfəri çərçivəsində həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək imkanı əldə edib. O, Slovakiya liderinin qarşıdakı səfərinin əhəmiyyətini vurğulayıb.

"Biz Slovakiya Prezidentinin bu ilin iyul ayında Azərbaycana planlaşdırılan ilk rəsmi səfərini alqışlayırıq", - o bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pelleqrini   Azərbaycan  


Bizi "telegram"da izləyin