“EFES - 2026” təlimində Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü keçirilib - FOTOLAR

2026/05/63b9d-5335990269.jpg
Oxunub: 587     13:03     13 May 2026    
Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Görüşdə ölkələrimizin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.


Tərəflər, həmçinin hərbi və hərbi-texniki sahələrdə həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2026   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin