Məzuniyyətdə olan və ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-də müəllim və şagirdlərin dərs saatlarında seçkiqabağı təşviqatda iştirak etməsinə dair suala cavab verməyib.
Ordu.az xəbər verir ki, Paşinyan “NEWS.am”ın müxbirinin bunun normal hal olub-olmaması ilə bağlı sualına reaksiya göstərməyib.
O, sualı cavabsız qoyaraq avtobusa tərəf hərəkət edib.
Bundan əvvəl “NEWS.am”ın müxbiri Aparan icmasının məktəblərinin müəllim və şagirdlərinin dərs saatlarında Ermənistanın hakim partiyasının seçkiqabağı təşviqatında iştirak etdiyini müəyyənləşdirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan