“NewsNation” Rubionun və Maduronun geyim oxşarlığına diqqət çəkib

2026/05/1778654772.jpg
Oxunub: 370     10:43     13 May 2026    
ABŞ dövlət katibi Marko Rubionun Çinə səfəri üçün seçdiyi geyim sosial şəbəkələrdə Venesuela lideri Nikolas Maduronun qaçırıldıqdan sonrakı görünüşü ilə müqayisə olunub.

Ordu.az xəbər verir ki, bu barədə “NewsNation” məlumat yayıb.

Məlumata görə, Rubionun fotosunu Ağ Evin kommunikasiya direktoru Stiven Çunq paylaşıb. “NewsNation” müxbiri Kelli Meyer bildirib ki, Rubio “Air Force One” təyyarəsində Maduro ilə eyni idman geyimində görüntülənib.

Qeyd olunub ki, bu paylaşım Donald Trampın Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi barədə qalmaqallı açıqlamasından bir gün sonra yayılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Maduro  


Bizi "telegram"da izləyin