Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, Brüsseldə Avropa İttifaqı ölkələrinin mədəniyyət nazirlərinin görüşü zamanı iştirakçıların böyük əksəriyyəti Rusiya pavilyonunun fəaliyyətinin bərpasını pisləyib. Bir sıra nazirlər Rusiyanın iştirakına icazə verildiyi üçün Biennale fonduna ayrılmış 2 milyon avroluq qrantın dondurulmasını dəstəkləyiblər.
Latviyanın mədəniyyət naziri Aqnese Lase “Rusiyanın mədəni institutlardan alət kimi istifadə etməsinə” imkan verilməməsinə çağırıb.
Belçika, İspaniya və Polşa nümayəndələri isə bildiriblər ki, mədəniyyət “Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsini ağartmaq” üçün istifadə edilə bilməz.
Sevinc Əliyeva
Ordu.az