Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu məbləğ Pentaqonun proqram direktoru tərəfindən əvvəl səsləndirilmiş 185 milyard dollarlıq qiymətləndirmədən bir neçə dəfə çoxdur.
“Qızıl Günbəz” layihəsi müdafiənin quru əsaslı vasitələrinin genişləndirilməsini, o cümlədən vurucu raketləri, sensorları və idarəetmə sistemlərini, həmçinin kosmik eşalonun əlavə edilməsini nəzərdə tutur. Kosmik elementlər məhz orbitdən təhdidlərin aşkarlanması, izlənməsi və potensial məhv edilməsi üçün nəzərdə tutulur və müasir peyk şəbəkələri ilə orbital silahlanmanı əhatə edir.
CBO-nun hesablamasına görə, yalnız sistemin alınması və quraşdırılması xərcləri 1 trilyon dollardan bir qədər artıq məbləğ təşkil edəcək. Bundan başqa, kosmik vurucu peyklər qruplaşmasının, yəni 7800 peykdən ibarət konstellasiyanın yaradılmasına satınalma xərclərinin təxminən 70 faizi düşəcək.
Sevinc Əliyeva
Ordu.az