"ABŞ İranla yalnız "yaxşı bir razılaşma"ya razı olacaq" - Tramp

2026/05/1778436283.jpg
Oxunub: 395     23:12     12 May 2026    
Vaşinqton İranla sülh müqaviləsini yalnız Amerika tərəfi üçün əlverişli şərtlər olduqda imzalayacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Tramp vurğulayıb ki, ABŞ-yə yalnız "yaxşı bir razılaşma" ilə yetərli olacaq.

Qeyd edək ki, ötən gün ABŞ Hörmüz boğazında hərbi münaqişə səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını dayandırdğını elan edib.

İran tərəfi hazırda sadəcə müharibənin sona çatdırılması ilə əlaqədar məsələni araşdırmaqdadır və nüvə məsələsinin müzakirəsinin hazırda gündəmdə olmadığını bildirir.

Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4 mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin