Tramp 2026-cı ildə Rusiyaya səfəri istisna etməyib

2026/05/1778526697.jpg
Oxunub: 412     22:59     12 May 2026    
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Tramp bunu Çinə uçuşdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bəyan edib.

"Mən lazım olan hər şeyi edəcəyəm", - Amerika lideri cari ilin sonunadək Rusiyaya səfər imkanı barədə suala cavab olaraq bildirib.

"Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq", - o deyib və artıq səkkiz münaqişəni nizamladığını xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin