Ordu.az xəbər verir ki, Pentaqonun ləğv etdiyi yerləşdirmə planına əsasən Almaniyaya “Typhon” buraxılış qurğuları, “Tomahawk” və SM-6 raketləri, “Dark Eagle” hipersəs raketi və yeni nəsil Dəqiq Zərbə Raketindən (PrSM) istifadə edəcək HIMARS sistemləri göndərilməli idi.
Bu quruluş NATO-nun Rusiyanın Kalininqraddakı “İskəndər-M” yerləşdirmələrinə qarşı Avropadakı ilk daimi quru əsaslı uzaqmənzilli zərbə gücü formalaşmalarından biri olacaqdı. Lakin Vaşinqtonun geri addımından sonra Berlin öz müstəqil dərin zərbə qabiliyyətini sürətləndirməyə qərar verib. Çünki Almaniya Quru Qoşunlarının mövcud ən uzaqmənzilli sistemi olan MARS II YARS-ların mənzili təxminən 84 kilometr səviyyəsində qalır.
“Typhon” Sistemi Almaniyaya 1.600+ Kilometr Zərbə İmkanı Verəcək
“Typhon” Raket Sistemi 500 kilometrdən 2 min kilometrdən artıq məsafədəki hədəflərə qarşı istifadə oluna bilir. Sistem ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mk 41” şaquli buraxılış sistemi arxitekturasına əsaslanır və mobil quru buraxılış qurğularından “Tomahawk” və SM-6 raketlərini atır.
Standart bir “Typhon” batareyasında dörd buraxılış qurğusu olur və hər buraxılış qurğusunda dörd raket hücresi yerləşir. Sistemdən atıla bilən “Tomahawk Block IV/V” qanadlı raketləri 1.600-1.700 kilometr mənzil təqdim edir, SM-6 raketləri isə 500 kilometrdən artıq mənzil və “Mach 3”dən yüksək sürət təmin edə bilir.
Berlinin 2025-ci ilin iyulunda ABŞ-yə göndərdiyi rəsmi tələb 3 ədəd “Typhon” sistemi və 400-ə qədər “Tomahawk Block V” raketini əhatə edir. Proqramın ümumi dəyərinin 1 milyard avronu aşacağı bildirilir. Saziş reallaşarsa, Almaniya “Typhon” sisteminin ilk xarici istifadəçisi olacaq.
“Typhon” mövcud iri SM-6 və “Tomahawk” raket ehtiyatlarından istifadə edir.
İran əməliyyatı ABŞ ehtiyatlarını çətin vəziyyətə salır
Lakin Almaniyanın qarşısındakı ən böyük maneələrdən biri ABŞ-nin azalan “Tomahawk” ehtiyatlarıdır. ABŞ-nin İrana yönəlmiş əməliyyatlarda 850-dən çox “Tomahawk” istifadə etdiyi bildirilir və davam edən əməliyyatlar səbəbindən ehtiyatlara təzyiq getdikcə artır.
RTX ilə Pentaqon arasında 2026-cı ilin fevralında imzalanan yeni sazişlə illik istehsalın 1.000 raketin üzərinə çıxarılması hədəflənir. Lakin artan tələbat səbəbindən Yaponiyanın 400 “Tomahawk” sifarişində gecikmələr yaşanır, Hollandiya tədarüklərinin də bundan təsirləndiyi qeyd olunur.
ABŞ-yə asılılığı azaltmaq istəyən Almaniya eyni zamanda Avropa mənşəli alternativ uzaqmənzilli zərbə həlləri üzərində də işləyir. Berlinin qiymətləndirdiyi variantlar arasında fransız “MdCN” qanadlı raketinin quru əsaslı törəmələri, “Taurus” NEO konsepsiyası və 3SM/Tyrfing raket ailəsi yer alır.
Berlin yalnız quru əsaslı “Typhon” sisteminə fokuslanmır. Almaniya Hərbi Dəniz Qüvvələri də “Tomahawk” qanadlı raketlərinin döyüş gəmilərinə inteqrasiyası üzərində işləyir. Araşdırılan platformalar arasında F124 “Sachsen” sinfi, F123 “Brandenburg” sinfi və gələcəyin F127 hava hücumundan müdafiə freqatları var.
Sevinc Əliyeva
Ordu.az