Tramp ABŞ-nin Kuba ilə danışıqlara başlama planlarını açıqlayıb

2026/05/1778476865.jpg
Oxunub: 356     19:28     12 May 2026    
ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətindən yardım müraciəti aldıqlarını və Vaşinqtonun bu ölkə ilə danışıqlara hazırlaşdığını bəyan edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Heç bir respublikaçı mənimlə Kuba barədə danışmayıb. Bu, uğursuz dövlətdir və yalnız bir istiqamətdə, məhvə doğru irəliləyir. Kuba yardım istəyib və biz bu məsələ ilə bağlı danışıqlar aparmağa hazırlaşırıq”, - deyə Tramp yazıb.

Bununla belə, o, tərəflər arasında mümkün təmasların harada və nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.

Mayın 1-də Tramp Kuba ilə bağlı bir sıra əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan fərman imzalayıb.

Beləliklə, ABŞ dövlət katibi maliyyə naziri ilə əməkdaşlıq çərçivəsində həm ABŞ vətəndaşlarına, həm də Kuba iqtisadiyyatının müxtəlif sahələri ilə əlaqəli olan əcnəbilərə qarşı əlavə sanksiyalar tətbiq etmək imkanı əldə edib.

Xüsusilə, fərmanda energetika, müdafiə, faydalı qazıntıların hasilatı, metallurgiya və maliyyə xidmətləri sahələri qeyd olunur.

Eyni zamanda, mayın 8-də “Associated Press” agentliyi mənbələrə istinadən məlumat yayıb ki, ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kuba  


Bizi "telegram"da izləyin