Almaniya Ukraynada hərbi hazırlıq mərkəzlərinin yaradılmasına 10 milyon avrodan çox vəsait ayıracaq

2026/04/fdgdf-1777364177.jpg
Oxunub: 400     19:27     12 May 2026    
Almaniya Ukraynada hərbi hazırlıq mərkəzlərinin yaradılması üçün 10 milyon avrodan artıq vəsait ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı açıqlama verib.

Onun sözlərinə görə, vəsait Ukrayna ordusunun yüksək döyüş qabiliyyətini təmin etməli olan təlim müəssisələrinin infrastrukturunun maliyyələşdirilməsinə yönəldiləcək. Bu hazırlıqların Rusiya ilə mümkün sülh sazişi imzalandıqdan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Pistorius bunu gələcək çəkindirmə tədbirlərindən biri adlandırıb. O əlavə edib ki, artıq Almaniya ərazisində təxminən 27 min ukraynalı hərbçi təlim keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin