BƏƏ Müdafiə Nazirliyi: İranın hücumlarında 230 nəfər yaralanıb

2026/05/1778227136.jpg
Oxunub: 419     17:54     10 May 2026    
BƏƏ-nin hava hücumundan müdafiə (HHM) qüvvələri bu gün İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib.

İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb", - qurumdan qeyd edilib və ölənlərin sayının dəyişmədiyini - 13 nəfər olaraq qaldığı vurğulanıb.

BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin