Mirzoyanın müavini: “Rusiya ilə münasibətlərdəki çətinlikləri böhran adlandırmazdım”

2026/05/1778313528.jpg
Oxunub: 375     11:54     09 May 2026    
“Ermənistan-Rusiya münasibətlərinin uzun tarixi var və hazırda müəyyən problemlər mövcuddur, bəzi məsələlər var ki, onları rusiyalı tərəfdaşlarımızla müzakirə edirik”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

“Mən bunu böhran adlandırmazdım. Dünyada belə inkişafların baş verdiyi bütün vəziyyətlərdə tərəflər arasında sualların yaranması normaldır və biz dialoq vasitəsilə həmin məsələləri həll etməyə çalışırıq”, - deyə o qeyd edib.

Rusiya mediasında Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı və Ermənistanda Zelenskiyə platforma verilməsi ilə bağlı onunla sərt söhbət aparıldığı barədə yayılan xəbərlərə toxunan erməni nazir müavini bunları deyib:

“Bu, onların şərhidir. Səfir çağırılıb və ona nota təqdim olunub. Ehtiyac olarsa, biz buna cavab verəcəyik. Bu, burada keçirilmiş sammitlə bağlı idi.

Əgər ehtiyac olsa, həmin notanın məzmununu açıqlayacağıq, amma hazırda bunu şərh etmək istəmirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin