Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimində çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Cavid Ağayev bu cür yarışların hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında və komanda ruhunun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, qalib komandaları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi tərəfindən idarə olunan final görüşündə Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən yarışda Hərbi Dəniz Qüvvələrinin komandası birinciliyin qalibi olub.
Tədbirin sonunda qalib komandalara kubok və medallar təqdim olunub.
Ordu.az