“Euronews”: Makronu Ermənistanda qəhrəman kimi qarşılayıblar, amma Fransada onun reytinqi olduqca aşağıdır

2026/05/1778050027.jpg
Oxunub: 402     23:39     08 May 2026    
Bu həftə onlarla Avropa lideri Avropa Siyasi Birliyinin sammiti üçün İrəvanda toplaşıb. Lakin Fransa Prezidenti Emmanuel Makron xüsusi diqqət mərkəzində olub və fürsətdən istifadə edərək Ermənistanın Avropa ilə münasibətlərində “yeni eranın” başladığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Nəşrə görə, bazar günü axşam saatlarında İrəvana gələn Makron qəhrəman kimi qarşılanıb.

“Ermənilər Fransanın dəstəyi ilə Rusiyanın təsir dairəsində keçən onilliklərdən sonra qitə ilə yaxınlaşmanın tarixi anını qeyd ediblər. Avropa Siyasi Birliyi Makronun təşəbbüsüdür. Rusiya və Belarus istisna olmaqla bütün Avropa dövlətlərini birləşdirən bu qurum Makron tərəfindən 2022-ci ildə Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra yaradılıb.

Həmin vaxtdan etibarən birlik ildə iki dəfə liderlər səviyyəsində görüşlər keçirir və bu həftə İrəvanda baş tutan sammit Cənubi Qafqazda keçirilən ilk toplantı olub.

Makron bu fürsətdən istifadə edərək İrəvanın keçmişdən uzaqlaşmasını alqışlayıb və Ermənistanın şüurlu şəkildə “İslandiyadan Qafqaza qədər uzanan Avropaya” doğru yol seçdiyini bildirib”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, Makronun xaricdəki populyarlığı ölkə daxilindəki son dərəcə aşağı dəstək səviyyəsi ilə kəskin ziddiyyət təşkil edir.

“YouGov”un 026-cı ilin yanvar ayına aid sorğusuna əsasən, Fransada respondentlərin yalnız 16 faizi Fransa Prezidenti haqqında müsbət fikir bildirib.

“Ifop”un yanvar ayındakı məlumatlarına görə, müəyyən artım müşahidə olunub, onun populyarlığı həmin ay ərzində keçirilən iki sorğu arasında 17 faizdən 23 faizə yüksəlib. Buna baxmayaraq, göstərici tarixi minimum səviyyədə qalıb”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Makron  


Bizi "telegram"da izləyin