İrəvan səmasında hərbi qırıcı təyyarələrin görünməsinin səbəbi açıqlanıb

2026/05/1778257633.jpg
Oxunub: 436     20:24     08 May 2026    
“Bu gün İrəvan səmasında hərbi qırıcı təyyarələr müşahidə olunub ki, bu da bəzi sakinlərdə narahatlıq və təəccüb yaradıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, erməni sakinlər hərbi aviasiyanın paytaxtın hava məkanında görünməsinin səbəbini müzakirə ediblər.

Məsələ ilə bağlı aydınlıq gətirmək üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət olunub.

Nazirlikdən bildirilib ki, hazırda planlı təlim uçuşları həyata keçirilir və narahatlıq üçün heç bir əsas yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ermənistan   Qırıcı  


Bizi "telegram"da izləyin