Ordu.az xəbər verir ki, bu barədə “Novosti Qruziya” nəşri məlumat yayıb.
Bu açıqlama Tbilisi məhkəməsinin dövlət çevrilişinə cəhd kimi qiymətləndirilən etiraz aksiyasının təşkilinə görə beş müxalifət nümayəndəsini yeddi il müddətinə azadlıqdan məhrum etməsindən sonra səsləndirilib.
“Biz oktyabrın 4-də baş verənlərin tam şəkildə Brüsselin siyasi məsuliyyəti olduğunu gördük. Avropa Komissiyasının əvvəlcədən elan edilmiş zorakılığa dəstək verdiyini müşahidə etdik. Bundan əlavə, prezident sarayına hücum edilən gün müxtəlif sosial şəbəkələr vasitəsilə hökumətin devrilməsinə Avropa Parlamentinin deputatı Rasa Yuknyaviçene və gürcü xalqına qarşı düşmən münasibət bəsləyən digər şəxslər dəstək verirdi”, - deyə Papuaşvili bildirib.
“Bizi Avropa İttifaqının cavabı maraqlandırır. Bizə danışılan Avropa dəyərləri haradadır? Zorakılıq Avropa dəyəridirmi? Belə çıxır ki, hakimiyyətin devrilməsi, insanlara zərər yetirilməsi Avropa dəyəridir. Bu suallara Avropa Komissiyası cavab verməlidir və onun nümayəndəsi Avropa İttifaqının səfiridir. Buna görə də biz Avropa İttifaqının səfirindən oktyabrın 4-də baş verənlərlə bağlı cavab gözləyir və tələb edirik. Avropa İttifaqının səfiri Gürcüstan prezidentindən üzr istəməyi düşünürmü? Onların təşviq və təhrik etdiyi şəxslərin prezident sarayına hücumuna görə üzr istəyəcəkmi? Pavel Herçinski şəxsən Gürcüstan prezidentinə qarşı zorakılığı bu yeddi ay ərzində heç olmasa bir dəfə qınamadığı üçün üzr istəməyi düşünürmü?”, - deyə parlament sədri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az